Bölmələrimizin mövqeləri atəşə tutulub

post-img

İyunun 7-si saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat ca­vab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrü­fatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlə­rində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını qu­raşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində apa­rılan işlər dərhal dayandırılıb.

“Xalq qəzeti”

Son xəbərlər