Litva heyəti Baş Prokurorluqda

post-img

İyunun 7-də Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsini icra edən Yovitas Razkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun mətbu­at xidmətindən məlumat verilib. 

Baş prokuror Kamran Əliyev döv­lətimizin başçısı İlham Əliyevin bu ilin mayında Litvaya rəsmi səfəri zamanı Baş prokurorluqlar arasında imzalanmış 2024-2025-ci illər üçün Əməkdaşlıq Proq­ramının gələcəkdə iki ölkənin hüquq-mü­hafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanlar yaratdığını bildirib. Həmçinin “Tvinninq” layihəsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası sahəsində hə­yata keçirilən tədbirlərin müsbət nəticələr verdiyi deyib.

Yovitas Razkeviçius Litva tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm ve­rildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər