Rusiyanın Bryansk vilayətində pilotsuz uçan aparatın partlaması barədə məlumat yayılıb

post-img

Bryansk vilayətinin Naytopoviçi kəndi yaxınlığında pilotsuz uçuş aparatı qəzaya uğrayaraq partlayıb. Bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarə cümə axşamı, iyunun 1-də Ukrayna ilə sərhəddən 70 kilometr aralıda tapılıb. Hadisə zamanı xəsarət alan olmayıb və dağıntılar barədə məlumat verilməyib.

Digər təfərrüatlar barədə məlumat verilmir.

"Xalq qəzeti"

Son xəbərlər