Yubiley münasibətilə minifutbol turniri

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə 2-ci minifutbol turniri keçirilib.

Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vi­layətinin bədən tərbiyəsi və idman nazirinin müavini Sergey Nabokix, RAGB-nin Sverdlovsk vilayəti üzrə nü­mayəndəliyinin rəhbəri Toğrul Həsən­zadə ümummilli liderin keçdiyi ömür yolundan, idmana göstərdiyi diqqət və qayğısından danışıblar.

İlk 3 yeri tutmuş komandalara turni­rin kuboku, medallar, diplomlar və Baş Konsulluq tərəfindən müxtəlif məbləğ­də pul mükafatları təqdim olunub. 

“Xalq qəzeti”

Son xəbərlər