Azərbaycan-Fransız Universiteti Yeni Azərbaycan Partiyası və Türk Ağsaqqalları İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Universitetin icraçı direktoru Vazeh Əskərov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. Türk Ağsaqqalları İctimai Birliyinin sədri Südeif İmamverdiyev ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsindən bəhs edib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Tofiq Cahangirov, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Əfsun Sucayev ulu öndərin gənclərə, onların təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan danışıblar.
“Xalq qəzeti”