Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ulu öndərin 100 illik yubileyi münasibətilə hərbi qulluqçular arasında yunan-Roma, sərbəst güləş və cüdo üzrə birincilik keçirilib.
İdman kompleksində keçirilən birincilikdə çıxış edənlər ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirməsindən, bu sahələrin inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirməsindən danışıblar.
Gərgin mübarizə şəraitində keçən birincilikdə hərbi qulluqçular idmanın yunan-Roma, sərbəst güləş və cüdo növləri üzrə güclərini sınayıblar.
Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.
“Xalq qəzeti”