“Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçirilir

post-img

“Park Cinema”da “Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçirilir. Layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə maliyyələşən və Təfəkkür Gənclər Assosiasiyası, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və Gənc Nəslin Maarifləndirilməsi ictimai birliklərinin həyata keçirdiyi “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi çərçivəsində baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Təqdimatda şəhid ailələri, qazilər, Daxili İşlər, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, YAŞAT fondu və ASAN xidmətin əməkdaşları, millət vəkilləri, sənətçilər və gənclər sektoru nümayəndələri, jurnalistlər iştirak edirlər. 

Layihənin əsas məqsədi olan müharibə iştirakçılarının maarifləndirilməsi, dövlətin hərbçilərə, qazi və şəhid ailələrinə diqqəti sənədli filmin əsas xəttini təşkil edir. 

Filmdə bir neçə dövlət qurumunun məsul şəxslərinin təqdim etdiyi statistikalar, təhlillər təqdim edildi, ölkə rəhbərliyinin Vətən müharibəsi iştirakçıları üçün gördüyü işlər işıqlandırıldı.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”





Son xəbərlər