Sabah Dünya Qadın Seriyasında “Astara” mərhələsinin oyunları başlayır

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Astara" mərhələsinin qrupları və oyun təqvimi müəyyənləşib.  

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsində iştirak edəcək 12 komanda 4 qrupda mübarizə aparacaq. 

A qrupu (Almaniya, Misir, Ukrayna), B qrupu (Çin, Çexiya, Avstriya), C qrupu (Polşa, klub Yuanda, Azərbaycan), D qrupu (Rumıniya, Macarıstan, klub Neftçi). Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. "Astara" mərhələsinin açılış oyunu 20 may saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 13:30-da Polşa millisinə qarşı, "Neftçi" klubunun oyunu isə saat 13:55-də Rumıniya seçməsinə qarşı olacaq. 

Qeyd edək ki, Dünya Qadın Seriyasında "Astara" mərhələsinin oyunları CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

“Xalq qəzeti”

İdman