“Zəngilan” tankeri suya salınıb

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin mayın 16-da suya salınması mərasimi keçirilib.

Bu, Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir.

Bakı Gəmiqayırma Zavo­du” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev məlumat verib ki, gəminin gövdə his­səsinin inşası 100 faiz başa çatıb. Qalan tamamlanma iş­ləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. 

Onun sözlərinə görə, yeni nəsil “Zəngilan” tankerinin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi sa­atda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları da­şınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 min 212 kubmetr olan 6 yük çə­ninə malikdir. Dedveyti dənizdə və çayda 8 min 9 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kW gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, na­viqasiya cihazları və separator ilə təchiz edilib.

Zavodun yanalma körpüsündə is­tismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sı­naqlarına başlanacaq. Yeni nəsil "Zən­gilan" tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

“Xalq qəzeti”

Son xəbərlər