Parlamentlərarası İttifaqın prezidenti ilə görüş

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə D.Paçeko­nun Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymət­ləndirilib.

İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının in­kişafındakı rolu təqdir edilərək Azərbay­canın bu təşkilatla əməkdaşlığın geniş­ləndirilməsinə böyük əhəmiyyət verdiyi bildirilib.

Azərbaycanın İPU-ya üzv kimi səmərəli fəaliyyəti, həmçinin qarşıdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

“Xalq qəzeti”

Son xəbərlər