“Kərimə” dövləti qurmaq istəyən “müqavimətçi dəstə” saxlanılıb

post-img

İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. 

Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorlu­ğun mətbuat xidmətlərinin birgə məluma­tında deyilir.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətmək­lə Azərbaycan Respublikasının Konsti­tusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifə­li şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət pla­nı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə vatsap, teleqram və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə hə­yatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlə­rin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə o, odlu silah əldə etmək və “molotov koktey­li” hazırlamaqla bağlı qrup üzvlərinə tap­şırıqlar verib.

Əməliyyat zamanı “Qısas 313” adlı qrupunun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəd­dinli, Məhərrəməli Musayev, eləcə dəst qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.

Rufulla Axundzadə adları sadalanan şəxsləri təlimatlandıraraq onları təsir da­irəsində saxlamaq məqsədi ilə davamlı virtual görüşlər keçirib. Bu yolla o, dəstə üzvlərində radikal meyillərin daha da güc­lənməsinə şərait yaradıb.

Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kə­rimə” dövlətinin qurulması, müxtəlif pozu­culuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaq­larına, sosial şəbəkələrdə radikal dini pay­laşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs “Qurani-Kə­rim”i də alət edərək ona and içiblər.

Dəstə üzvləri, eyni zamanda, xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbay­canda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşmə­sinə sərf ediblər. Bu istiqamətdə əməliy­yat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər