Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi

post-img

Mayın 16-da Milli Məclisin inzibati binasında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib. Parlamentin ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici ölkələrin nümayəndələri yubiley iclasından əvvəl sərgi ilə tanış olublar.

Sərgidə Milli Məclisin Sədri Sahibə Qafarova, xarici ölkələrin parlament rəh­bərləri, müavinləri, deputatlar, beynəlxalq təşkilatların və xarici dövlətlərin diploma­tik korpusunun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siya­si fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən və simvolik olaraq, 100 fotodan ibarət fotosərgi ilə tanış olublar. Səkkiz bölümdən ibarət fotosərgidə ulu öndərin uşaqlıq və gənclik illərindən başlamış Dövlət təhlükəsizlik orqanlarında ça­lışdığı, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, keçmiş SSRİ-nin rəhbərliyində təmsil olunduğu, həmçinin Naxçıvanda yaşadığı, Azərbaycan parlamentinin səd­ri olduğu və ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrlərə dair fotolar öz əksini tapıb. Qonaqlara Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri, respublikamızın ən taleyüklü məqamlarında göstərdiyi siyasi müdrik­liyi, müasir müstəqil Azərbaycanın quru­culuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə fotoların müşayiəti ilə məlu­mat verilib.

Sonra qonaqlar Milli Məclisin deputa­tı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva­nın ulu öndər Heydər Əliyevə həsr etdiyi və yeni üslubda çəkilmiş rəsm əsərləri ilə tanış olublar. Məlumat verilib ki, “Heydər Əliyev”, “Şuşa, sən azadsan!”, “Turan ruhu”, “Nuh tufanı” və digər rəsm əsər­lərində simvolikadan, mifologiyadan və qədim Azərbaycan naxışlarından istifadə olunub.

Sərgidə nümayiş etdirilən eksponat­lar qonaqlar tərəfindən maraqla qarşıla­nıb.

***

Sonra ölkəmizdə səfərdə olan parla­ment sədrləri ulu öndər Heydər Əliyevin Milli Məclisin inzibati binasındakı abidəsi­ni ziyarət edib və xatirə şəkli çəkdiriblər. 

 

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər