“Heydər Əliyev 100” adlı sərgi təşkil olunacaq

post-img

Bu gün İstanbul Aydın Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik ildönümü çərçivəsində “Heydər Əliyev 100” adlı sərgi təşkil olunacaq. Ölkələrimiz arasında qardaşlığı, birliyi və bərabərliyi təcəssüm etdirən sərgidə Azərbaycan və Türkiyədən öz əsərləri ilə tanınan məşhur rəssamların və digər incəsənət adamlarının iştirakı gözlənilir. Sərgidə həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, professor Natiq Əliyev, rektor müavini xalq rəssamları, professorlar Fuad Salayev və Salhab Məmmədov, Azərbaycan Opera sənətçisi Əməkdar artist Ramil Qasımov da iştirak edəcək.

Qeyd edək ki, yerli vaxtla saat 15:00 və ya 16:00 radələlərində başlanması nəzərdə tutulan sərgini onlayn formatda http://herati.art saytı və @lalahuseynoffart instagram səhifəsindən izləyə bilərsiniz.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Son xəbərlər