Milli Məclisin təşkilatçılığı ilə yaşıllaşdırma aksiyası keçirilib

post-img

Milli Məclisin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Yaşıllaşdırma aksiyasında Milli Məclisin Sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri, deputatlar və parlament aparatının kollektivi iştirak ediblər.

Yaşıllaşdırma aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, aksiyada Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın məqsədi ekoloji vəziyyəti sağlamlaşdırmaq, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğının təbliği ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.

Anar ƏLİ,

“Xalq qəzeti”

Son xəbərlər