Bu gün Qətərdə daha 23 cüdoçumuz mübarizəyə başlayacaq

post-img

Bu gün Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.

66 kiloqram  çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov onaltıdabir final mərhələsində Ahmed Abdelrahman (Misir) –Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 52 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Gültac Məmmədəliyeva onaltıdabir finalda Sofia Fiora (Argentina)¬–Cenifer Eriyen (Haiti) duelinin qalibi ilə, eyni çəkidəki Aydan Əliyeva isə otuzikidəbir finalda Erza Muminovyo (Kosova) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kiloqram çəkidə Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman