Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

post-img

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, may ayının 6-da saat 21:59-da Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 (on) nəfər Nepal Federativ Demokratik Respublikası vətəndaşı saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla keçmələrinə bələdçilik edən Azərbaycan vətəndaşları Nadirli Xalid Teymur oğlu və Ağayev Tural Teymur oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 





Son xəbərlər