Fransanın paytaxtı Parisdə gənc cüdoçular arasında keçirilən Avropa Kuboku turnirinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, cüdoçularımız yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar. Turnirin ikinci günündə isə Ömər Rəcəbli (81 kq) gümüş, Kənan Nəsibov (100 kq-dan yuxarı) qızıl medal əldə ediblər.
Qeyd edək ki, cüdoçularımız turnirdə, ümumilikdə, 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutublar.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”