Media nümayəndələri atıcılıq turnirində iştirak ediblər

post-img

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib. Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət olan 19 mətbuat  komandası qatılıb. 

Azərbaycan Fotoqrafları Birliyi  turnirə komanda üzvləri Aydın Mehdiyev, Ayxan Əhmədov, Vüqar İbadov və digərləri olmaqla 2 komandadan ibarət heyətlə qatılmışdır.

Turniri giriş sözü ilə açan SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq turnir haqqında məlumat verib.

Media təmsilçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırıldıqdan sonra  yarışa start verilib.

Turnirdə iştirak edən komandalar 2 mərhələdə mübarizə aparıblar. Birinci mərhələdə ən yaxşı nəticəni göstərən 5 komanda ikinci mərhələdə ilk üçlüyü müəyyənləşdirib. İki mərhələnin yekununda I yeri APA TV,  II yeri Azərbaycan Fotoqraflar Birliyi, III yeri Report İnformasiya Agentliyinin əməkdaşlarından ibarət komandalar tutublar.

Qaliblərə kubok, medal, diplom və mükafatlar təqdim edilib.

Fidan HÜQUQQIZI

"Xalq qəzeti"















Son xəbərlər