Sahibə Qafarova Birləşmiş Krallığa işgüzar səfərə gedib

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə mayın 4-də bu ölkəyə işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Londonun "Luton" bey­nəlxalq hava limanında Azərbaycan parlamentinin rəhbərini Kralın nümayəndəsi Ruth Bell, Birləş­miş Krallığın Xarici İşlər Nazirliyinin təmsilçisi Nik Karter, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər