Hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində ölüb

post-img

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xid­mətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alı­nıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorlu­ğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həd­dinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsa­lınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qa­nunvericiliyin tələblərinə uyğun olaraq bü­tün tədbirlərin görülməsi təmin olunacaq.

“Xalq qəzeti”

Son xəbərlər