İsmayıllıda leysan yağıb, dolu düşüb

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dünən Abşeron yarımadasının bəzi yerlərində, Altıağac, Xaltan, Qusaryasaq, Ləzə, Göygöl, Daşkəsən, Gədəbəy, Şamaxı, İsmayıllı, Qobustanda arabir yağış yağıb.

Xidmətdən mediaya verilən məluma­ta görə, İsmayıllıda günorta saatlarında güclü küləyin müşayiəti ilə leysan yağıb, bəzi yerlərdə diametri 5 millimetr olan dolu düşməsi qeydə alınıb. Dolu nəticə­sində əkin sahələrinə, meyvə bağlarına və evlərin dam örtüyünə ziyan dəyib, elektrik verilişində fasilə yaranıb.

Dəymiş ziyanı aradan qaldırmaq, elektrik təchizatını bərpa etmək üçün təci­li-təxirəsalınmaz tədbirlər həyata keçirilir.

“Xalq qəzeti”

Son xəbərlər