XİN Ermənistana cavab verdi

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın müharibəni uduzmağı Ermənistanda olan “5-ci kolonla” əlaqələndirməsini, müharibənin Ermənistan silahlı qüvvələri tərəfindən aparılmasını təsdiq etdiyini, bütün hərbi komandanlığın Ermənistan Müdafiə Nazirliyinə tabe olmasını, yüksək siyasi və hərbi rəhbərliklərinin qüvvələrin hələ də çıxarılmadığı barədə etiraflarını göz ardına vuran Ermənistan XİN-in sözçüsünün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin olmadığını bildirməsi bu ölkənin xarici siyasətinin yalanlarla bəsləndiyinin göstəricisidir.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində qeyd olunub.

Bildirilib ki, uzun müddət məhz qondarma rejimin hərbçiləri kimi təqdim edilən şəxslərə qarşı Ermənistanın özünün hüquq-mühafizə orqanları tərəfindən cinayət işlərinin aparılması bu hərbçilərin məhz Ermənistana tabe olduğunun əyani sübutudur.

Son xəbərlər