Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2023-cü ilin mart ayında 3-cü nömrələri işıq üzü görüb.
İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 3-cü nömrəsində 3 ixtira, 1 faydalı model və 1 milli sənaye nümunəsinə aid iddia sənədləri barədə məlumat verilib. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 21 ixtira və 4 faydalı model patentləri, habelə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 9 beynəlxalq sənaye nümunəsi haqqında məlumatlarla da tanış olmaq mümkündür.
Bülletenin 3-cü nömrəsində patentin qüvvədə olma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 20, faydalı modelə dair 11 və sənaye nümunəsinə dair 7 bildiriş dərc edilib.
...
Əmtəə nişanları və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2023-cü ilin mart ayında nəşr olunmuş 3-cü nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 197 əmtəə nişanı barədə məlumat verilib. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 129-u hüquqi şəxslər və 43-ü fiziki şəxslər tərəfindən Agentliyə təqdim edilib. İddia sənədlərinin 25-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilib.
Bü nömrədə əmtəə nişanı sahiblərinin adlarının və (və ya) ünvanlarının dəyişdirilməsi barədə 32, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 8, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması ilə bağlı 105, coğrafi göstəricinin qeydiyyatının qüvvədə olma müddətinin uzadılması ilə bağlı 6 və qüvvədə olan əmtəə nişanının etibarsız hesab edilməsi barədə 7 bildiriş dərc olunub.