Ermənilərin son davranışından təəcüblənmədim

post-img

Qalib ordunun əsgərinə qarşı ermənilərin qeyri-insani, zorakı davranışını, rəftarını qətiyyətlə pisləyirəm. Ermənilərin xisləti bundan ibarətdir. Onlar üzbəüz döyüşdə heç bir zaman o əsgərimizə, hərbiçilərimizə qarşı nəsə edə bilməzdilər. Hətta əli-qolu açıq vəziyyətdə belə saxlamağa qorxurlar ki, onlara qarşı müqavimət göstərər. Əlini bağlayıb işgəncə vermək, onu videoya və fotoya çəkib yaymaq erməni şovnistlərin necə bir alçaq xislətə sahib olduğunu göstərir. 

Bu fikirləri siyasi şərhçi, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, BDU-nun müəllimi Mübariz Göyüşlü bildirib. 

O qeyd edib ki, əslində, biz erməniləri yaxşı tanıyırıq. Şəxsən mən onların bu davranışından hiddətlənsəm də, təəccüblənmədim. Çünki ermənilər bu cür zorakılıqları illərdir bizim başımıza gətiriblər və bundan sonra da gətirmək fikrindədədirlər. 

Amma bir şeyi unudurlar ki, artıq Azərbaycan ordusu və dövləti 25-30 il bundan əvvəlki deyil. Bu ordu “məğlubedilməz” erməni silahlı qüvvələrini 44 günə darmadağın etməklə tarix yazıb. Azərbaycan hazırda Cənubi Qafqazın ən güclü dövləti olaraq regional və qlobal miqyasda bir oyunçuya çevirilib. Onun vətəndaşına, əsgərinə qarşı belə hərəkətlər yolverilməzdir. 

Ekspert Fransanı, Avropa İttifaqını və digər dövlət və xarici təşkilatları bu hadisəyə biganə münasibətə görə sərt şəkildə qənayıb: “Əgər eyni hadisəni biz törətsəydik indi yer-yerindən oynamışdı. Lakin onlar heç nə olmamış kimi bu hadisəni sadəcə seyr edirlər.Hazırda Azərbaycan dövlətinin aidiyyatı qurumları məsələylə ciddi şəkildə məşğuldurlar. İnanıram ki, o əsgərimiz ən qısa müddətdə geri qaytarılacaq”. –deyə, M. Göyüşlü əlavə edib. 

Anar Əli,
“Xalq qəzeti”

Son xəbərlər