Günel Səfərova: Son baş verən hadisə erməni vandalizminin növbəti nümayişidir

post-img

Azərbaycan əsgərinə qarşı edilən zorakılıq düşünmə və hissetmə qabiliyyəti olan hər kəsi narahat edib. Yolunu azaraq Ermənistan tərəfə keçən və əsir götürülən əsgərlərimizə qarşı edilənlər nəinki beynəlxalq hüquq normalarına tamamilə ziddir, həm də elementar olaraq insani dəyərlərin heçə sayılmasıdır. 

Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova bildirib. 
O qeyd edib ki, baş verən vəhşilik onu sübut edir ki, regionda Azərbaycan tərəfindən sülh təşəbbüslərinin dəstəklənməsinə baxmayaraq, Ermənistanda revanşist qüvvələr var və 2020-ci ildəki ağır məğlubiyyətin heyfini bu cür ucuz üsullarla çıxmağa çalışırlar. Lakin bu cür qüvvələr unutmamalıdırlar ki, Azərbaycanla növbəti müharibə ritorikasına əl atmaq onlar üçün intihara bərabər bir hadisə olar. Anlamalıdırlar ki, onların etdikləri əməlləri regionda sülhün təşəkkül tapmasına maneçilik törədir. 

G. Səfərova beynəlxalq qurumları məsələyə səssiz qalmamağa çağırıb: Hadisədən ciddi narahatlıq keçirdik və bütün tərəqqipərvər qüvvələri, insan haqları müdafiəçilərini son erməni vandalizminə səssiz qalmamağa çağırırıq.

A.TURAN,

"Xalq qəzeti"

 

Son xəbərlər