Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış yağıb, Naxçıvan Muxtar Respublikasında leysan xarakterli intensiv olub.
Xidmətdən bildirilib ki, yağıntının miqdarı Naxçıvanda 29 (aylıq normanın 75 faizi), Ordubadda 23 (aylıq normanın 57 faizi), Şahbuzda 18 (aylıq normanın 30 faizi), Şərurda 18 (aylıq normanın 75 faizi), Culfada 15 (aylıq normanın 44 faizi), Sədərəkdə 13, Şahdağda 7, Qax, Zaqatala, Şəki, Balakən, Gədəbəy, Oğuz, Naftalan, Ağdam, Qəbələ, Göygöl, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, Biləsuvar, Astarada 5 millimetrədək olub, səhər saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağıb.
Cənub-qərb küləyi əsib, arabir saniyədə Kəlvəzdə 21, Şahdağda 20, Astarada 18, Lerikdə 17, Bakıda və Abşeron yarımadasında isə 16 metrədək güclənib.
Aprelin 12-də havanın temperaturu Bakıda iqlim normasından 6.7° yuxarı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-24°, Naxçıvanda 17-22°, dağlıq rayonlarda 17-24°, aran rayonlarında 23-27° isti təşkil edib.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 14-ü səhərədək davam edəcək. Aprelin 15-16-da havanın mülayim, əksər rayonlarda isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-da gündüz bəzi dağlıq ərazilərdə havanın az yağıntılı olacağı ehtimalı var.