Çingiz xan dönəminin “mumiyaları”

post-img

İqlim böhranı səbəbindən Şərqi Avrasiyanın dağlarında “əbədi donmuş torpağ”ın yumşalması nəticəsində monqolların mumiyalanmış cəsədləri üzə çıxıb.

Belə ki, Monqolustanın şimal-qərb hissəsindəki Xövsgöl bölgəsində orta­ya çıxan məzarlıq araşdırılıb. Təhlillər göstərir ki, bu qəbiristanlıq 1206-cı ildə Monqol İmperatorluğu yarananda salı­nıb. Bu, Çingiz xanın bütün monqolların hökmdarı elan edildiyi illər idi.

Donmuş torpağın əriməsi nəticə­sində üzə çıxan qəbiristanlıqda 11 görkəmli şəxsin skeleti tapılıb. Təəccüb doğuran məqam odur ki, cəsədlər, azı, 800 il keçməsinə baxmayaraq, aşağı temperaturda salamat qalıb.

Tədqiqatçılar meyitlərin bahalı əş­yalarla basdırıldığını bildirirlər. Bu da onların yüksək sosial statusa malik ol­duğunun aydın göstəricisidir.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Son xəbərlər