BQXK-yə məxsus on avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

post-img

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 9 minik avtomobili ərazidən maneəsiz keçib.

Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 118 gündür davam edir.



Son xəbərlər