Siyasi məsləhətləşmələr aparılıb

post-img

Aprelin 6-da Kişineuda Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyində Moldova-Azərbaycan idarələrarası siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Moldova nümayəndə heyətinə döv­lət katibi Ruslan Bolboçan, Azərbay­can nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edib. Müzakirələrdə ikitərəfli münasibətlər, regional vəziyyət, bey­nəlxalq təşkilatlar çərçivəsində əmək­daşlıq və qarşılıqlı maraq doğuran di­gər məsələlərə toxunulub.

Məsləhətləşmələr zamanı Moldova-Azərbaycan əməkdaşlığının gündəliyində duran aktual məsələlər müzakirə edilib, tərəflər son vaxtlar intensivləşmiş ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə və daim gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər. Bu kontekstdə hər iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin yüksək səviyyədə təşkilinə maraq təsdiq edilib.

Eyni zamanda, həmsöhbətlər Moldova ilə Azərbaycan arasında sahəvi əməkdaşlığın inkişaf etdirilməsi səylərinin vacibliyini qeyd ediblər, qarşılıqlı fəaliyyət istiqamətləri arasında, xüsusilə enerji, ticarət-iqtisadi, kənd təsərrüfatı və investisiya sahələri vurğulanıb.

Bu mənada Moldova-Azər­baycan İqtisadi Əməkdaşlıq Üzrə Hökumətlərarası Komissiyasının plat­formasında dialoqun davamlı şəkildə təşviq edilməsinin mümkünlüyü qeyd edilib.

Məsləhətləşmələrin iştirakçıları su­verenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyin təsdiqlənməsi, regional təh­lükəsizliyə yönəlmiş hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə iki ölkə arasında BMT, Avropa Şurası, GUAM kimi beynəlxalq və regional platforma­larda əməkdaşlığın gücləndirilməsində maraqlı olduqları təsdiqlənib.

AZƏRTAC

Son xəbərlər