Ceyhun Bayramov Qazaxıstanın yeni təyin olunmuş xarici işlər nazirini təbrik edib

post-img

Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikası Baş nazirinin yeni təyin olunmuş müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mət­buat xidməti idarəsindən redak­siyamıza bildiriblər ki, həmkarı­nı Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edən nazir Ceyhun Bayramov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaş­lıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bay­ramov iki ölkə arasında dostluq, qardaşlıq və həmrəyliyə əsas­lanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bil­dirib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qa­zaxıstan arasında strateji tərəf­daşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mü­badiləsi aparılıb.

 

“Xalq qəzeti”

Son xəbərlər