Dünyada ən çox yüklənən proqramlar

post-img

“TikTok” 2023-cü ilin birinci rübündə yükləmələrin sayına görə qlobal mobil proqramlar reytinqinə başçılıq edib.

Bu barədə “Data.ai” yeni ana­litik hesabatında mediaya məlu­mat verib. Bildirilib ki, ikinci yerdə “Instagram” olub. Hətta ötən rübdə “Meta” Korporasiyasının sosial şə­bəkəsi fotoşəkillər üzrə birinci olub. Qalan yerləri “Facebook”, “What­sApp” messenceri, “CapCut”, “Snap­chat”, “Telegram”, “Facebook Mes­senger”, “WhatsApp Business” və “Spotify” tutub.

Analitiklər onu da müəyyən edib­lər ki, dünya üzrə smartfon istifadə­çiləri 2023-cü ilin ilk üç ayı ərzində proqramlara 33,9 milyard dollar xərcləyiblər ki, bu da bütün dövrlə­rin ən yüksək göstəricisidir. Ənənəvi olaraq xərclərin böyük hissəsi (65%) “Apple” smartfon istifadəçilərinin pa­yına düşür.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Son xəbərlər