Gürcüstanın təhsil və elm naziri: Qaxda STEAM mərkəzinin açılışı çox uğurlu addımdır

post-img

Bu gün mən həmkarımla bərabər Qax rayonunda STEAM mərkəzinin açılışında iştirak etdim. Mərkəzin yerləşdiyi bu məktəb çox gözəl və fəxr olunası təhsil ocağıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli söyləyib.

Gürcüstanlı nazir deyib: “Düşünürəm ki, mərkəzin açılışı məktəbdə hər iki bölmə üzrə təhsil alan uşaqlar üçün çox önəmli və uğurlu addımdır”.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli elm və təhsil naziri Emin Əmrullayevlə birgə Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseydə STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.

Son xəbərlər