Türkiyə 70 ildən artıqdır ki, Şimali Atlantika alyansının üzvüdür və müttəfiqlərindən öhdəliklərinə əməl etmələrini gözləyir. Bu, F-16 qırıcıları ilə bağlı razılaşma kontekstində ABŞ-a da aiddir. Belə bir bəyanatla Türkiyənin müdafiə naziri Hulusi Akar çıxış edib.
Onun sözlərinə görə, Ağ Ev və Pentaqon Türkiyəyə qırıcıların verilməsinin və mövcud təyyarələrin modernləşdirilməsinin mümkünlüyünü bəyan edirlər. Ancaq Konqresdə neqativ fikirlər səslənir. “Razılaşma Türkiyəni güclü edir, deməli, NATO-ya da kömək edir”, - Akar qeyd edib.
Ölkənin daxili işlər naziri Süleyman Soylu isə Şırnakda yüksək ranqlı, “Leyla Amed” ləqəbli, axtarışda olan terrorçu Hamiyət Yalçınqayanın zərərsizləşdirildiyini bildirib. Şırnakın Cizrə rayonunda, Cudi dağlarının ətəklərində isə iri silah-sursat anbarı aşkarlanıb.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

