Milli Məclisin sədri Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb

post-img

Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşlər keçirib.

Parlamentin Mətbuat və ictima­iyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Malavi Milli Assambleyasının səd­ri Katrin Qotani Hara, Kot-d’İvuar Milli Assambleyasının sədri Adama Biktogo və Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeriy Belskiy ilə görüşlərdə ölkələrimiz və parlament­lərimiz arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb. Beynəlxalq təşki­latlarda əməkdaşlığın əhəmiyyətinin vur­ğulandığı görüşlərdə Parlamentlərarası İttifaq çərçivəsində dialoqun önəmi qeyd olunub.

Bu görüşlərin Qoşulmama Hərəkatı­nın Parlament Şəbəkəsinin İkinci Kon­fransı ərəfəsində baş tutduğunu qeyd edən Milli Məclisin sədri Sahibə Qafa­rova bildirib ki, Azərbaycan hazırda Qo­şulmama Hərəkatına uğurla sədrlik edir və bu platforma çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndi­rilməsi, həmçinin beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiəsi üçün ciddi səylər göstərir. O, Azərbay­can Prezidenti İlham Əliyevin mühüm qlobal təşəbbüsləri haqqında da məlu­mat verib.

Həmçinin qeyd olunub ki, Qoşulma­ma Hərəkatı həm də parlamentlərarası əlaqələrimizin inkişafı üçün platforma rolunu oynaya bilər. Azərbaycan Qoşul­mama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış edib və Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulma­ma Hərəkatının Parlament Şəbəkəsi təsis edilib.

Eyni zamanda, bildirilib ki, 2021-ci ilin noyabrında Madriddə Parlament Şə­bəkəsinin təsis, 2022-ci ilin iyun ayında isə Bakıda birinci konfransı keçirilib.

Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranan re­allıqlar, azad olunmuş ərazilərdə aparı­lan bərpa-yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması üçün görülən tədbirlər, Ermə­nistanla sülh müqaviləsinin imzalanma­sı istiqamətində atılan addımlar barədə məlumat verib.

Görüşlərdə Azərbaycanın Qoşul­mama Hərəkatına uğurlu sədrliyi, irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vur­ğulanıb, o cümlədən, Hərəkatın Par­lament ölçüsünün yaradılması yüksək qiymətləndirilib. Həmçinin qarşılıqlı ma­raq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

“Xalq qəzeti”

Son xəbərlər