Bugünlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin keçirdiyi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib:
– Qərbi azərbaycanlılar könüllü olaraq geri qayıtmalıdır. Eyni zamanda Qərbi azərbaycanlıların təhlükəsizlik məsələsi də gündəmdədir. Bu zaman Ermənistan öz üzərinə düşən vəzifəni yerinə yetirməli və məsuliyyət daşımalıdır. Hesab edirəm ki, Qərbi Azərbaycan məsələsini Azərbaycan və Ermənistan arasında bağlanılacaq sülh müqaviləsinin gündəliyinə əlavə etməliyik.
Bundan başqa, biz beynəlxalq təşkilatlar vasitəsilə Qərbi azərbaycanlıların hüquqlarını tam müdafiə edəcəyik. Ermənistan tərəfi onlara dəymiş ziyanı ödəməli, təhlükəsizliyini təmin etməlidir”.
“Xalq qəzeti”

