ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasında Qərbi Azərbaycan İcmasının pozulmuş hüquqlarının bərpa edilməsi məsələsi qaldırılıb.
Azərbaycan nümayəndələri İnsan Hüquqları Komitəsinin iclasında çıxış edərək, Ermənistanın təcavüzü nəticəsində indiki Ermənistan ərazisindən yüz minlərlə Qərbi Azərbaycanlı İcması üzvünün qovulduğunu, onların əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, həmin qaçqınların öz torpaqlarına geri dönə bilmədiklərini xüsusi qeyd ediblər. Bildirilib ki, hələ də Azərbaycanda qaçqın həyatı yaşayan bu insanların dinc və ləyaqətlişəkildə öz yurdlarına qayıtmaları təmin edilməlidir.
Çıxışlarda, habelə 4 min nəfər itkin düşmüş azərbaycanlı haqqında hələ də heç bir xəbər olmadığı, mina problemi, Azərbaycana məxsus tarixi və mədəni irsin dağıdılması və Ermənistanın törətdiyi digər cinayətlər haqqında məlumatlar ATƏT iştirakçı ölkələrin parlamentarilərinin diqqətinə çatdırılıb.
“Xalq qəzeti”


 
                                
 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                    