Kennedilərin yeni prezidentlik iddiası

post-img

ABŞ-dakı məşhur Kennedilər şəcərəsinin ikinci nəsil təmsilçisi yeni siyasi iddia ortaya qoymağa hazırlaşır.  Belə ki, bu ölkənin 


35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür. Bu barədə “Fox News” telekanalı xəbər yayıb.
Cümə günü Nyu-Hempşirdə keçirilən tədbirdə çıxış edən 69 yaşlı Robert Kennedi bildirib ki, prezidentliyə namizədliyini irəli sürməkdə əsas maneə həyat yoldaşının razılığını almaq olub.
Xatırladaq ki, prezidentliyə iddiaçı Robert Kennedinin (1925-1968) oğlu, keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) isə qardaşı oğludur. Kiçik Robert Kennedi namizədliyinin hazırda iqtidarda olan Demokratlar Partiyasından irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.

M.ABDULLAYEV, 
“Xalq qəzeti”

Son xəbərlər