Rusiya ordusu, nəyin bahasına olursa-olsun, Baxmutu ələ keçirməyə cəhd edir. Bəzi mənbələr şəhərin artıq təslim olduğunu bildirir. Ukrayna rəsmiləri isə burada hələ də şiddətli döyüşlərin getdiyini vurğulayır. Xəbəri UNİAN agentliyi yayıb.
Rusiya piyada qoşunlarının say üstünlüyündən istifadə edərək, Baxmutu mühasirəyə almağa və Ukraynanın təchizat xətlərini kəsməyə cəhd edir. Xəbərdə həmçinin qeyd olunur ki, dünən ölkənin şərqində döyüşlərin episentri olan Baxmutla yanaşı, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman, Avdiyivka və Şaxtyorsk və şimal-şərqdəki Xarkov vilayətinin Kupyansk şəhərləri istiqamətində Rusiya qüvvələrinin çox sayda hücumunu dəf ediblər.
Qeyd edək ki, ötən ilin ikinci yarısında Ukrayna qüvvələrinin bəzi əraziləri geri almasından sonra Moskva Ukraynanın Donbas bölgəsində yeni hücumlara başlayıb.
M.ABDULLAYEV,
“Xalq qəzeti”