Bu gün sülhməramlıların 74 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

post-img

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, bu gün indiyədək Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 74 təminat-təchizat, tibbi yardım və minik avtomobillərinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



Son xəbərlər