Zukerberqin “süni intellektli media” layihəsi

post-img

Mark Zukerberq süni intellektin tezliklə WhatsApp, Messenger, Instagram və Meta kimi sosial media platformalarına da tətbiq olunacağını açıqlayıb. 

Qeyd edək ki, o, sosial media­dakı paylaşımında bu texnologiya ətrafında yaxşı təcrübələr yaratma­ğa yönəlmiş yeni komandanın fəa­liyyətə başladığını elan edib.

O, daha sonra şirkət daxilin­də süni intellekt üzərində işləyən komandanın toplaşaraq, Meta, İnstaqram filtrlərindən reklamlara, videolardan mətn yaratmağa qə­dər bir çox sahədə süni intellektin imkanlarından yararlanacağını və sosial şəbəkədə insanlara kömək etmək məqsədilə tam inkişaf etmiş “süni intellektli insanlar” yaradacaq­larını bildirib.

 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

 

Son xəbərlər