“Roketsan” dünya silah bazarında

post-img

Əbu-Dabidə təşkil olunan “IDEX-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yüksək səviyyədə iştirak edən qardaş ölkənin “Roketsan” şirkəti ilə Birləşmiş Ərəb Əmirliyinin müdafiə sənayesi sektorunun ən böyük təmsilçisi “Tavazun” arasında anlaşma memorandumu (MoU) imzalanıb.

Memorandumu Türkiyə tərəf­dən şirkətin baş direktoru Murat İkinci, BƏƏ tərəfdən isə Muammar Abdulla Abushehab imzalayıb.

Müqaviləyə görə, şirkətlər ra­darlardan yayınma özəlliyinə sa­hib, yüksək sürətli (speed is the new stealth) qanadlı raketlərin ha­zırlanması üzərində işləyəcəklər.

Elşən AĞALAR, “Xalq qəzeti”

 

Son xəbərlər