UNEC beynəlxalq sertifikat qazandı

post-img

UNEC-in MBA proqramının “Mühasibat uçotu” üzrə ixtisası yenidən 5 il müddətinə ACCA təşkilatında akkreditasiya edildi. İngiltərədə yaradılan ACCA kvalifikasiyası dünya əmək bazarının tələblərini özündə əks etdirən beynəlxalq səviyyəli statusa malikdir.

ACCA akkre­ditasiyası “Azər­baycan Respub­likasında təhsilin inkişafı üzrə Döv­lət Strategiyası”n­da nəzərdə tutul­duğu kimi MBA proqramının “Mü­hasibat uçotu” ixtisası üzrə təh­sil alan magistr­ləri fundamental fənlərdən (F1-F9) azad edir. Bu fənlərdən (F1-Biznesdə müha­sib, F2-İdarəetmə uçotu; F3-Maliyyə uço­tu, F4-Biznes hüququ, F5-Performansın idarəedilməsi, F6-Vergitutma, F7-Maliyyə hesabatı F8-Audit, F9-Maliyyə menecmen­ti) azad olmaq və kvalifikasiyanı əldə etmək üçün beynəlxalq institutlarda və peşəkar tə­lim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb olunur.

Bununla da UNEC Biznes Məktəbi ma­gistrantlarına ACCA sertifikatını qazanmaq üçün sərf olunan əlavə vaxt itkisindən və xərclərdən azad olunmaq imkanı yaradır. Onu da qeyd edək ki, yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil au­dit firmaları və konsaltinq xidməti göstərən şirkətlər UNEC məzunu olan magistrlərə işə qəbul prosesində üstünlük verir.

 

Səadət RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər