Üç boksçumuz dörddəbir finalda

post-img

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçirilən “Strandja” beynəlxalq turniri davam edir. A kateqoriyalı yarışın üçüncü gü­nündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasının məlumatına görə, səkkizdəbir final mər­hələsi çərçivəsində Malik Həsənov (63,5 kq) hindistanlı Şiva Tapa ilə döyüşməli olsa da, rəqib görüşə çıxmayıb. Boksçu­muz növbəti mərhələdə Mujibillo Tursu­novla (Özbəkistan) üz-üzə gələcək.

Məhəmməd Abdullayev də rinqdən qalib ayrılıb. +92 kq çəki dərəcəsində mü­barizə aparan dünya çempionatının mü­kafatçısı Yordan Morehonla (Bolqarıstan) qarşılaşıb və rəqibini 3:2 hesabı ilə məğ­lub edib. O, dörddəbir finalda Narenderlə (Hindistan) döyüşəcək.

Millimizin digər üzvü Zeynəb Rəhimo­va (54 kq) Yuliya Korolini (Moldova) sı­nağa çəkib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 3:1. Rəhimova dörddəbir finalda argentinalı Mixaela Roblesi sınağa çəkəcək.

Qeyd edək ki, 40-dək ölkədən 398 boksçunun (256 kişi, 142 qadın) mübarizə apardığı yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman