Karateçilərimizin Fujeira sınağı

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Fujei­ra şəhərində Karate 1 “Youth League” turniri start götürüb. 

Dünya Karate Federasiyasının nüfuz­lu turnirlərindən olan yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə apara­caqlar. Azərbaycan Milli Karate Federa­siyasının məlumatına görə, 67 ölkədən 1169 idmançının iştirak etdiyi turnirdə ölkəmizi klub və milli komandamızın üzv­lərindən ibarət 27 nəfərlik heyət təmsil edəcək. Karateçilərimizi milli komandanın məşqçilərindən Şahin Xudaverdiyev, Sey­mur Xudaverdiyev və Akif Kərimov müşa­yiət edəcək. 

Beynəlxalq hakimlər Cahangir Baba­yev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında ola­caq.

Qeyd edək ki, turnir fevralın 26-da başa çatacaq.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman