Güləşçilər Mahaçqalada

post-img

Sərbəst güləş üzrə millimiz tə­lim-məşq toplanışı keçmək üçün Da­ğıstana yollanıb. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Ma­haçqalada təşkil olunan hazırlıq prose­sində yığmanın 19 üzvü iştirak edir. 

Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 57 kq), Ayxan Abdullazadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Rəşid Babazadə (hamısı 65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xad­jimurad Qadjiyev (hamısı 74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov, Fərid Cabbarov, Əşrəf Aşırov (hamısı 86 kq), Osman Nurmaqomedov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq), Maqomedxan Maqomedov, İslam İlyasov (hər ikisi 97 kq) və Vaxit Qalayev (125 kq) təlim-məşq toplanışına cəlb olunub.

Qeyd edək ki, martın 9-dək davam edəcək toplanış qarşıdan gələn U-23 və böyüklərin Avropa çempionatlarına hazır­lıq xarakteri daşıyır.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman