Bakıda mötəbər yarış

post-img

Azərbaycan Gimnastika Federasi­yasının məlumatına görə, bu il aprelin 21-dən 23-dək paytaxtımız gimnastika üzrə daha bir mötəbər yarışa ev sahib­liyi edəcək. Belə ki, bu dəfə dünyanın ən güclü bədii gimnastları ölkəmizdə təşkil olunacaq Dünya kubokunda bir araya gələcəklər. 

Azərbaycanın bu il ev sahibliyi edəcəyi 3-cü beynəlxalq yarışda qeydiyyat siyahı­sına əsasən, 46 ölkədən idmançıların fər­di və qrup hərəkətləri proqramında müba­rizə aparacağı gözlənilir. 

3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçü­lük üzrə mübarizə aparacaqlar. 

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gim­nastika üzrə təşkil olunacaq 10-cu Dünya kuboku olacaq. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dün­ya çempionatına və 9 Dünya kubokuna ev sahibliyi edib. 

Qeyd edilir ki, Milli Gimnastika Are­nasında keçiriləcək yarışlar hər gün saat 12:00-da başlayacaq.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman