Lukaşenko Baydenin Kiyev səfərini seçkiqabağı piar adlandırıb

post-img

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Co Baydenin Kiyevə sonuncu səfərini seçki kampaniyası üçün piar adlandırıb.

Aleksandr Lukaşenko bunu dünən Çin mediasına müsahibəsi zamanı bildirib. 

Belarus lideri Baydenin Kiyevə səfərini ABŞ üzərində vurulan Çin şarı ilə bağlı insidentlə müqayisə edib: “Hər iki hadisə eyni səviyyədə­dir. Co Baydenin Kiyevə səfəri də bu tip kiçik və nalayiq addımdır”.

Lukaşenko Baydenin ABŞ Prezi­denti kimi, Kiyev səfəri qərarını yük­sək qiymətləndirib: “Afərin. Rusiyadan icazə aldı və ya Rusiyaya xəbərdarlıq etdi, amma buna baxmayaraq oturdu və getdi”.

O həmçinin Co Baydeni təkrar addımlar atmaqda ittiham edərək eyham vurub: “Bu səfərin əsl səbəbi qarşıdan gələn prezident seçkiləridir. Mən yaxşı bilirəm ki, Co Baydenin seçkiqabağı bu səfəri istədiyi nəticəni verməyəcək”.

Son xəbərlər