Yeni sərnişin qatarları istifadəyə verilir

post-img

2022-ci ilin sonlarında gətirilmiş dörd yeni qatardan sonuncusu da sazlama və sınaq işlərindən sonra xəttə verilib. Hazırda metropoliten xətlərində hərəkət edən yeni nəsil qatarlarının sayı 23-ə, vaqonların sayı isə 115-ə çatdırılıb.

Hər biri 5 vaqondan ibarət qatarlar Rusiyanın “Transmaşholdinq” Səhm­dar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlə­rinə uyğun istehsal edilib. Yeni xəttə buraxılmış 81-765 B./81-766 B. model­li qatar mikroiqlim nəzarəti sistemi ilə təchiz olunub.

Vaqondan vaqona birbaşa keçid sərnişinlərin qatar boyunca bərabər paylanması ilə yanaşı, sərnişin tutumu­nun artmasına da təsir edir. Ümumilik­də qatarların baş vaqonları 315, orta vaqonlari isə 329 sərnişin üçün nəzərdə tutulub. Bu isə bir qatarın sərmişin tutu­munun 1617 sərnişin olması deməkdir. Onu da əlavə edək ki, baş vaqonlar 38, orta vaqonlar isə 44 nəfərlik oturacaq­larla təmin edilib.

Baş vaqonlarda əlil arabası üçün yerlər, bundan başqa, müxtəlif yüklər də nəzərə alınmaqla, çoxfunksiyalı zo­nalar ayrılıb. Qapıların enli olması isə sərnişinlərin vaqonlara daha rahat və sürətli minib-düşməsini təmin edir və bununla da qatarların sıxlıq şəraitində stansiyalarda yubanması xeyli azalır.

Yeni qatar “Həzi Aslanov–Dərnə­gül” istiqamətində sərnişinlərə xidmət göstərir. Ümumilikdə, 23 yeni nəsil qa­tarından 3-ü “İçərişəhər–Həzi Aslanov”, 20-si isə “Dərnəgül–Həzi Aslanov” mar­şrutu üzrə hərəkət edir.

Onu da əlavə edək ki, “Bakı Metro­politeni” QSC dünya metro vaqonları və bu sahə ilə bağlı digər istehsal sahələ­rinin təcrübəsini müntəzəm olaraq izlə­yir, tətbiq olunan yeni texnologiyaların xarakter və xüsusiyyətini, ilk növbədə, sərnişindaşıma təhlükəsizliyi və rahat­lığı, sərnişin məmnuniyyəti baxımından əsaslı yeniliklərin tətbiqini diqqətdə sax­layır. Yeni müqavilənin uzunmüddətli əsasda bağlanması başlıca hədəflər­dəndir. Eyni zamanda yeni vaqonların istehsalı ilə bağlı tərəfdaşın seçilməsi, sifariş həcmi və digər məsələlər barədə əlavə məlumatlar bütün prosedurlar ta­mamlandıqdan sonra ictimaiyyətə təq­dim ediləcək.

 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Son xəbərlər