Türkiyə hava müdafiəsini gücləndirir

post-img

Türkiyə hökuməti hava hücumundan müdafiə məqsədilə üç yerli raket sisteminin seriyalı istehsalına qərar verib.


Uzun müddətdir ki, sınaqları keçirilən “SİPER”, “HİSAR” və “SUNGUR” sistemlərinin birgə iş fəaliyyəti çərçivəsində Türkiyə ordusu ərazilərini havadan gələcək hər hansı bir raket hücumundan qorumaq imkanlarına sahib olacaq.
Qeyd edək ki, istehsal proqramına “Tayfun”, “TRLG-230”, “Atmaca”, və “KARAOK” raketləri də daxildir. Ötən il “Tayfun” raketinin sınağı keçirilmiş və 561 kilometr məsafədəki hədəfi dəqiqliklə vurmuşdur.


Elşən AĞALAR,
“Xalq qəzeti”

Son xəbərlər