Münxendə növbəti diplomatik nokaut

post-img

Cari ilin fevralın 18-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici siyasət və müdafiə məsələləri üzrə ən böyük və mötəbər forumlardan birində - Münxen Təhlükəsizlik Konfransıda iştirak etdi.

Bu konfransında Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan və ya keçmiş 11 ölkədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna iştirak edib. Ukraynadakı hərbi əməliyyatlar və onların dünya nizamına necə təsir etməsi, forumun əsas mövzusuna çevrilsə də, sessiyalarda digər regional məsələlər, o cümlədən Cənubi Qafqazdakı problemlər müzakirə olunub.

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan uzun illərdir ki, müxtəlif beynəlxalq platformalarda təkcə iştirakçı kimi deyil, həm də sədr kimi səmərəli fəaliyyət göstərir. Bu səmərəliliyin əsasında, əlbəttə ki, ilk növbədə, Azərbaycan Prezidentinin diplomatik keyfiyyətləri dayanır. Ümumilikdə, istənilən platformada danışıqların nəticəsinə təsir edən bir çox amillər var.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda, cənab İlham Əliyev mühüm tezislər və mesajları ilə dünya ictimaiyyətini cəlb elədi. 

Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Prezident İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə bu formatda iştirak etdilər. Cənab İlham Əliyev sözü gedən münaqişənin Azərbaycana necə təsir etməsi sualına, kifayət qədər obyektiv cavab verərək, Azərbaycanın kimdənsə asılılığının olmadığını, Azərbaycanın geosiyasi məkan baxımından əhəmiyyətini, regionda sülhün bərqərar olmaq niyyətini, bu istiqamətə müəyyən dinamikanın olması və qarşı tərəfin bu məsələyə daha ciddi yanaşmağa çağrışını öz çıxışında bildirdi. 

Ermənistanın baş naziri N.Paşinyan siyasi roluna xas olan, qeyri-müəyyən cavabları ilə, özünü tamamilə başqasının iradəsindən asılı vəziyyətdə olduğunu bir daha sübut etdi. Bir tərəfdən bu görüşü “tarixi görüş” adlandıraq, digər tərəfdən isə beynalxalq ictimaiyyətin diqqətinin Ukraynaya yönəlməsindən narahat olan Paşinyan, özünü sanki “yiyəsiz” hiss edir. Amma buna baxmayaraq, Paşınyanın ilk cavabında, müəyyən dərəcədə yumşaqlıq hiss olunurdu. Moderatorun Laçın yolunda baş verən proseslərdən narahatedici mövqeyi, sanki Paşinyanın istiqamətini dəyişdi. Ancaq Ali Baş Komandan, cənab İlham Əliyev bu vəziyyətdə də qarşı tərəfə layiqli cavab verdi. 

Bundan başqa, Fransa liderinin Münxendəki çıxışının məqsədi hərbi-siyasi münaqişələrin həlli yollarını tapmaq deyil, əksinə, münaqişəni daha da qızışdırmaqdır. Ermənistandakı revanşist əhval-ruhiyyəni açıq şəkildə dəstəkləyən Makron regionda sabitliyin pozulmasını dəstəkləyir. Bu cür anti-sülh əhval-ruhiyyəni dəstəkləyən dünya səviyyəli siyasətçilər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə düşünməlidirlər.

 

Masil Dəmirov,

Beynəlxalq münasibətlər üzrə analitik

Son xəbərlər